2019-cu ilin Oktyabr ayı ərzində ticarət və xidmət müəssisələrində quraşdırılmış POS-terminallarının sayı 831 ədəd artaraq 65 min 608 ədədə çatıb. Sentyabr ayının sonunda POS-terminalların sayı 64 min 777 ədəd təşkil etmişdi.
Ötən ilin sonu ilə müqayisədə (10 ay ərzində) POS-terminalların sayı 502 ədəd azdır. 2018-ci ilin sonunda POS terminalların sayı 66 min 110 ədəd təşkil etmişdi.
İyun ayının sonunda ticarət və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların sayı 63 min 396 ədədədək düşmüşdü. İyun – Oktyabr dövründə isə POS-terminalların sayı 2 min 212 ədəd artıb.
Oktyabrda pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı 882 ədəd artaraq 64 min 219 ədədə çatıb.
POS-terminalların 39 min 634 ədədi Bakıda yerləşən obyektlərdə, 25 min 974 ədədi isə regionlarda yerləşən obyektlərdə quraşdırılıb. Oktyabrda Bakıdakı obyektlərdə quraşdırılmış POS-terminalların sayı 571 ədəd, regionlardakı obyektlərdə quraşdırılan POS-terminalların sayı isə 260 ədəd artıb.
2015-ci ilin sonunda ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 80 min 301 ədədə çatmışdı. Sonradan sahibkarlar POS-terminallardan imtina etməyə başlamışdılar.
marja