POS terminalların sayı kəskin azalıb | Banco.az

POS terminalların sayı kəskin azalıb

Əvvəlki illərlə müqayisədə, əhali arasında nağd pul istifadəsi nəzərəçarpacaq şəkildə azalıb. Insanlar ödəniş edərkən plastik kartların imknalarından faydalanırlar. Bu dəyişiklik ölkədəki ATM və POS terminalların sürətlə artmasına təsir göstərir. Lakin Mərkəzi Bankın statistik məlumatlarına nəzər salanda məlum olur ki, son aylarda ölkədə istifadə olunan bankomat və POS terminalların sayında nəzərəçarpacaq azalma mövcuddur.

Banco.az olaraq 2015-ci ilin sentyabr ayı ərzində bankomatlar və POS terminalların sayındakı dəyişikliklə bağlı statistik məlumatları nəzərinizə çatdırırq.

Banco.az  Mərkəzi Banka İstinadən məlumat verir ki, cari ilin avqust ayı ilə müqayisədə ATM-lərin sayı 5 ədəd artaraq, 2707-yə çatıb.  Bu bankomatlardan 1522-si Bakının, 1185-i isə regionların payına düşür.

Ən sərfəli kredit üçün müraciət et

Bir ay ərzində paytaxtdakı ATM-lərin sayında 4 ədəd artım  olub. Regionlarda isə 9 ədəd bankomat istifadən çıxarılıb.

ATM-lərlə müqayisədə, POS terminalların sayı xeyli azalıb. Belə ki, avqust ayı ilə müqayisədə onların sayı 743 ədəd azalaraq 77170 -ə bərabər olub ki, bunun da 75691 -i pərakəndə ticarət mərkəzlərinin payına düşür.

Regionlarda POS terminalların sayı 168 ədəd  azalaraq  28860-dan 28692 –yə düşüb, Bakıdakı POS-terminalların sayı isə 575 ədəd azalaraq 48478-yə bərabər olub.

Ən sərfəli krediti almaq üçün müraciət et