POS-terminalların sayı 17,2% artıb | Banco.az

POS-terminalların sayı 17,2% artıb

İyunda bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 4,7 faiz, POS-terminalların sayı 17,2 faiz artıb.

İyunun 30-na fəaliyyət göstərən 26 bankın filiallarının sayı 492, şöbələrinin sayı 96, ATM-lərin sayı 2935 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7 faiz (147 nəfər) artaraq 21 min 526 nəfər təşkil edib. Ümumilikdə, cari ilin 6 ayında bank sektorunun işçi sayı 5,9 faiz və ya 1197 nəfər artıb.

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et