Pos-terminalla dilənir | Banco.az

Pos-terminalla dilənir

Kredit kartı dilənçiliyə də sirayət edib. Tüfeyli həyat tərzi keçirən bir şəxsin bu üsuldan istifadə edərək pul yığması ortaya maraqlı görüntülər çıxarıb.

Hadisə Hindistanda baş verib. Avtomobil yolunda dayanaraq dilənçilik edən şəxs qadın sürücüyə yaxınlaşaraq ondan pul istəyir. Lakin uzun müddət çantasını axtaran qadın xırda pul olmadığını deyərək uzaqlaşmaq istəyir. Elə bu an dilənçi çantasından pos-terminal cihazını çıxararaq pulu kredit kartı ilə də ala biləcəyini deyir. Qadın sürücü gördükləri qarşısında təəccüblənsə də, dilənçi tapdığı çarədən xeyli məmnundur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, tüfeyli həyat tərzi keçirən bu şəxs indi Hindistanın ən çox qazanan dilənçisiniə çevrilib.