Portuqaliyanın 3-cü ən böyük bankının zərəri rekord həddə çatıb | Banco.az

Portuqaliyanın 3-cü ən böyük bankının zərəri rekord həddə çatıb

Portuqaliyanın 3-cü ən böyük bankı hesab olunan "Espirito Santo" bankının zərəri rekord həddə çatıb. Belə ki, 2014-cü ilin birinci yarısını əhatə edən göstəricilər bankın zərərinin 3.5 mlrd. avrodan çox olduğunu nümayiş etdirib.

Son ay ərzində bankın səhmləri birjada 42 faiz aşağı düşüb. Bu vəziyyət kredit müəssisəsi ilə birləşən 3 şirkətin kreditorlardan müdafiə olunmaq məqsədilə hakimiyyət orqanlarından kömək istəməsindən sonra müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Hal-hazırda "Espirito Santo"nun rəhbərliyi bankın yenidən kapitallaşdırılmasını təmin etmək məqsədilə özəl investorlardan vəsait cəlb etmək niyyətindədir. İnvestorlarla aparılan ilkin danışıqlar göstərir ki, onlar belə bir addımın atılmasında maraqlıdırlar.

İki gün əvvəl Moody`s agentliyi Portuqaliyanın dövlət istiqrazlarının reytinqini artırıb və qeyd edib ki, "Espirito Santo" bankındakı bu vəziyyət dövlət büdcəsinə təsir göstərməməlidir.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et