Portuqaliya hərbi xərclərini 6 milyard avroya çatdırmağı planlaşdırır | Banco.az

Portuqaliya hərbi xərclərini 6 milyard avroya çatdırmağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Portuqaliyanın Baş naziri Luiş Monteneqru 2029-cu ildə ölkənin dövlət büdcəsində müdafiə xərclərini ÜDM-in 2 %-nə qədər artıra biləcəyini vəd edib.

Banco.az xəbər verir ki, bu barədə “Diário de Notícias” qəzeti baş nazirin Vaşinqtonda keçirilən NATO sammitində iştirak çərçivəsində müvafiq bəyanatına istinadən məlumat yayıb.

“Respublikanın təqribən 4,186 milyard avro təşkil edən cari hərbi xərcləri 2029-cu ildə təxminən 6 milyard avroya çata bilər”, – Monteneqru bildirib.

Daha əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, 32 NATO ölkəsindən 23-ü 2024-cü ildə hərbi xərclərini ÜDM-in 2 %-nə qədər artırıb və alyansın ümumi hərbi xərcləri keçən illə müqayisədə 18 % artacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et