Müəllif: Gülnar Əhmədli, Banco.az
Portuqaliya bu ilin yanvar ayında Azərbaycandan 87 milyon 859 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Portuqaliyanın idxal etdiyi neftin həcmi isə 138,7 min ton olub. Ötən ay Portuqaliya Azərbaycandan ən çox neft alan 4-cü ölkə olub.
Qeyd edək ki, bu il İsrail Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Tailand, üçüncü isə İtaliyadır.
Bizi sosial şəbəkələrdən izləyin!!