"Porsche" 75 illik yubileyini yeni loqosu ilə qeyd edir | Banco.az

"Porsche" 75 illik yubileyini yeni loqosu ilə qeyd edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Porsche” 75 illik yubiley tədbirləri çərçivəsində simvolik emblemini yeniləmək qərarına gəlib.

Banco.az xəbər verir ki, ilk loqosunu 1952-ci ildə təqdim edən alman avtomobil istehsalçısı “Porsche” daha sonra 1954, 1963, 1973, 1994, 2008 və 2014-cü illərdə loqoda bəzi dəyişikliklər edib.

İndi isə 75 illik yubileyi üçün hərəkətə keçən şirkət əsaslı fərq olmasa da, loqotipini kiçik toxunuşlarla yeniləyib. Yeni loqoya daha yaxından baxıldıqda bəzi dəyişikliklər nəzərə çarpsa da, orijinal dizaynına sadiq qalaraq asanlıqla tanınan bir görünüşə malikdir.

Qeyd edək ki, istehsalçı şirkət 2023-cü ilin sonundan etibarən bütün avtomobillərində yenilənmiş loqotipindən istifadə edəcək və bu loqo ilkin olaraq yenilənmiş “Panamera” modelində əks olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et