"Porsche" 10 min avtomobili geri çağırır | Banco.az

"Porsche" 10 min avtomobili geri çağırır

Müəllif:Ayşən İmanova/Banco.az

Alman avtomobil istehsalçısı "Porsche" disklərində mərkəzi kilidi olan 10 mindən çox avtomobili geri çağırır.

Banco.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Şirkət belə qənaətə gəlib ki, bəzi modellərdə düzgün bərkidilməmiş təkərlər onların sıradan çıxmasına səbəb ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Nəşrin məlumatına görə, 2023-cü il sentyabrın 1-dən 2024-cü il oktyabrın 23-dək yığılmış "911", "718" və "Panamera" seriyalarının bəzi modelləri geri çağırılacaq.

Şirkətin avtomobil sahiblərinə etdiyi xəbərdarlıqda qeyd edilir ki, düzgün bərkidilməmiş təkərlər mərkəzi kilid qaykasının zədələnməsinə və ya hətta qırılmasına gətirib çıxara bilər. Nəticədə təkərlərin dayaqları zəifləyə bilər ki, bu da öz növbəsində yüksək sürətlə hərəkət zamanı təkərin sıradan çıxmasına və avtomobilin idarəetməsinin itirilməsinə, yekunda qəza baş verməsinə səbəb ola bilər.