Pomidor ixracından ölkəyə daxil olan valyuta azalıb | Banco.az

Pomidor ixracından ölkəyə daxil olan valyuta azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan 2023-cü il ərzində 161 milyon 984 min dollar dəyərində 140 min 588 ton pomidor ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci illə müqayisədə məbləğ baxımından 3,4% və ya 5 milyon 625 min dollar, həcm baxımından isə 0,6% azdır.

Hesabat dövründə ixrac edilən pomidorun hər tonunun orta qiyməti 1 152 dollara bərabər olub.

Qeyd ki, ötən il pomidorun ümumi ixracda xüsusi çəkisi 0,48%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 4,84%-ə bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et