Müəllif - Aida İsaq, Banco.az
Polşanın ən böyük neft emalı zavodu “Orlen” şirkəti hər gün təqribən 30 milyon dollara yaxın itkiylə üzləşir.
Banco.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Daniel Obaitek bildirib. Onun sözlərinə görə, Rusiya neftinin idxalına qoyulan qadağa fonunda şirkət hər gün 27 milyon dollar zərərə uğrayır. Çünki alternativ tədarüklərdə bir barel üçün qiymət təxminən 30 dollar bahadır.
Qeyd edək ki, daha öncə Pekinin Rusiya neftini almaqla Moskvaya maliyyə dəstəyi verdiyi bildirilirdi. Eyni zamanda, Çin tərəfi Rusiyanı dolların hökmranlığını zəiflətmək üçün ideal müttəfiq hesab edir.
Bizi sosial şəbəkələrdən izləyin!!