Polşalı milyarder “Meta”nı məhkəməyə verəcək | Banco.az

Polşalı milyarder “Meta”nı məhkəməyə verəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Polşalı milyarder Rafal Brzoska və onun həyat yoldaşı jurnalist Omena Mensah sosial şəbəkələrdə saxta reklam yerləşdirdiyinə görə Amerikanın “Meta” şirkətini məhkəməyə verəcəklər.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumatına görə, “Meta” platformalarında saxta məlumatlar, o cümlədən Mensahın fotoşəkilləri olan reklam yazıları peyda olub.

Milyarder bildirib ki, əgər şirkət bu nöqsanları aradan qaldırmazsa, o, həyat yoldaşı ilə birgə “Meta”ya qarşı hüquqi tədbirləri nəzərdən keçirir. Brzoska şirkətdən külli miqdarda təzminat tələb etmək və əldə etdiyi pulu xeyriyyəçiliyə bağışlamaq niyyətindədir.

Qeyd edək ki, Brzoska Avropanın ən böyük özəl poçt operatorlarından biri olan “InPost”un təsisçisi və baş direktorudur. “Forbes” jurnalı onun sərvətini 1 milyard dollar qiymətləndirir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram