Müəllif - Aida İsaq, Banco.az
Fevralda Polşada inflyasiya 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə 18,4% təşkil edib.
Banco.az xəbər verir ki, məhsul qiymətləri 24%, enerji daşıyıcıları 22,7% və nəqliyyat xidməti isə 22% artıb. Ən az inflyasiya 10 faizlə səhiyyə sektorunda, 7,8 faizlə isə rabitə sektorunda müşahidə edilib. Digər Avropa Birliyi ölkələrində olduğu kimi Polşada da qida məhsulları arasında ən yüksək bahalaşma 85% ilə şəkərdə qeydə alınıb.
Qeyd edək ki, yanvarda Polşada inflyasiya 17,2% təşkil edib. Hələ 2021-ci ildə inflyasiya 5,1% səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!