Müəllif: Tamara Mustafayeva, Banco.az
Polşa və Almaniya arasında müdafiə sahəsində əməkdaşlıq əldə olunub.
Banco.az xəbər verir ki, Polşa ilə Almaniya arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan yeni saziş imzalanıb.
Polşa Müdafiə Nazirliyinin açıqlamasına görə, Polşanın baş nazir müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış ilə Almaniyanın müdafiə naziri Boris Pistorius Varşavada görüş keçiriblər.
Görüş Polşa ilə Almaniya arasında “Yaxşı Qonşuluq və Dostluq Əməkdaşlığı Müqaviləsi”nin imzalanmasının 35-ci ildönümündə baş tutub. Tərəflər görüş çərçivəsində iki ölkə arasında yeni müdafiə əməkdaşlığı sazişini imzalayıblar.
İmzalanma mərasimində çıxış edən Kosinyak-Kamış bildirib: “Polşa olmadan təhlükəsizlik mümkün deyil. Almaniya olmadan, dəyərlərimiz olmadan, Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatı çərçivəsində iştirakımız olmadan da təhlükəsizlik mümkün deyil. Biz Avropanın dayaqlarından, Alyansın əsas sütunlarından biriyik.”
Bizi sosial şəbəkələrdən izləyin!!
