Müəllif - Aida İsaq, Banco.az
Polşa Ukraynadan tədarük edilən qarğıdalı və bir sıra digər kənd təsərrüfatı məhsulları üçün gömrük rüsumlarının bərpa olunmasını tələb edir.
Banco.az xəbər verir ki, bunu Polşanın kənd təsərrüfatı nazirinin müavini Yanuş Kovalski bildirib. Onun sözlərinə görə, Avropa İttifaqının Kiyev üçün bütün ixrac rüsumlarını ləğv etməsi polşalı fermerlərin itkilərlə üzləşməsinə səbəb olub. Eyni zamanda Ukraynadan gətirilən taxılın keyfiyyətinin aşağı olduğu qeyd olunur. Polşalı deputatlar ehtiyacı olan üçüncü ölkələrin əvəzinə Ukrayna taxılının üçdə birinin Aİ bazarına daxil olduğunu vurğulayıb. Y.Kovalski bildirib ki, Varşava müvafiq məsələyə dair Aİ ölkələri ilə razılığa gəlməyə çalışır.
Bizi sosial şəbəkələrdən izləyin!!