Polşa Ukrayna ilə sərhəddə yük maşınlarının hərəkətini məhdudlaşdırıb | Banco.az

Polşa Ukrayna ilə sərhəddə yük maşınlarının hərəkətini məhdudlaşdırıb

Müəllif - Aida İsaq, Banco.az

Polşa Doroxusk ərazisində Ukrayna ilə sərhəddə yolu bağlayıb. 

Banco.az xəbər verir ki, Lüblin Gömrük İdarəsi Palatasının mətbuat katibi Mixal Derusun sözlərinə görə, 370-ə yaxın yük maşını Polşanı tərk etmək üçün fürsət gözləyir. Nəticədə Ukraynaya gedən avtomobillərin sırası uzana bilər. Təhlükəli yükləri daşıyan avtonəqliyyat vasitələrinin keçməsinə üstünlük verildiyi bildirilir.

Ukrayna tərəfinin məlumatına görə, elektron növbədə 3200 yük maşını qeydiyyatdadır.

Qeyd edək ki, aprelin 28-də Avropa Komissiyası (AK) və Şərqi Avropanın beş ölkəsi (Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan) Ukraynadan Aİ-yə kənd təsərrüfatı məhsullarının ixracını məhdudlaşdırmaq barədə razılığa gəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram