Polşa hökuməti 100 ton qızılı geri qaytarıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Polşa hökuməti 100 ton qızılı geri qaytarıb

Polşa hökumətinin II Dünya Müharibəsindən əvvəl faşistlərin əlinə keçməməsi üçün İngiltərəyə apardığı 100 ton qızılı son aylarda təşkil edilən gizli bir əməliyyatla yenidən Varşavaya gətirib.

Məlumata görə, nəqliyyat təyyarələri ilə daşınması təşkil edilən 8 min qızıl külçələrin dəyəri təxminən mlrd funt sterlinq olub.

Polşa höküməti geri qaytarılan qızıl külçələrin hazırda Polşa Mərkəzi Bankında saxlandığını açıqlayıb.

Report.az