Polşa əhalisi kəskin bahalaşma fonunda pasxa bayramını zəif qeyd edəcək | Banco.az

Polşa əhalisi kəskin bahalaşma fonunda pasxa bayramını zəif qeyd edəcək

Müəllif - Aida İsaq, Banco.az

Polşa əhalisi Pasxa bayramını qənaət rejimində qeyd edəcək.

Banco.az xəbər verir ki, buna səbəb ərzaq qiymətlərinin, xüsusən də mayonezin kəskin bahalaşması olub. Mayonez Pasxa səhər yeməyinin əsas məhsullarından biridir. Ümumilikdə bayram məhsullarının qiymətinin artması fonunda əhali pula qənaət edərək bayramı öz büdcələrinə uyğun qeyd etməli olub. Eyni zamanda Polşa sakinləri Pasxa bayramı üçün adətən kulinariya və çörək sexlərində hazırlanan hazır məhsullardan daha az sifariş edəcəyi qeyd olunur. Ekspertlər yaşlı nəsilin qiymət artımları ilə nisbətən çətin mübarizə apardığını bildirir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et