Müəllif - Aida İsaq, Banco.az
Polşa əhalisinin 51%-i 2023-cü ildə ölkədə iqtisadi vəziyyətin daha da pisləşəcəyini gözləyir.
Banco.az xəbər verir ki, son bir ayda iqtisadi vəziyyətin pisləşməsinə inanan respondentlərin nisbəti 62%-dən 67%-ə yüksəlib. Sorğuda iştirak edənlərin 70%-i Polşada hadisələrin axarının yanlış istiqamət alması qənaətindədir. Bununla yanaşı, respondentlərin yalnız 18%-i ölkədəki vəziyyəti müsbət qiymətləndirib. Məlumata görə, respondentlərin 60%-i ölkədə yaranan işsizlik səviyyəsinin dəyişəcəyinə ümidsiz yanaşıb. Təxminən 31%-i işsizliyin artacağını söyləyib. İşsizlikdən ən çox narahat olanlar isə ali təhsilli insanlar olub.
Bizi sosial şəbəkələrdən izləyin!!