Müəllif:Ayşən İmanova/Banco.az
Polşa hakimiyyəti Belarusla sərhəddə 2022-ci ildə tikilmiş hasarın möhkəmləndirilməsinə 1,5 milyard zloti (375 milyon dollar) vəsait ayıracaq.
Banco.az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə nazirinin müavini Sezari Tomçik məlumat verib.
Onun sözlərinə görə, layihə üzərində polşalı mühəndislər və Sileziya Texnologiya Universitetinin əməkdaşları işləyir. Bildirilib ki, modernləşdirmədən sonra maneə keçilməz hala gələcək, halbuki ilkin formada bu, yalnız müvəqqəti həll idi.
Xatırladaq ki, Polşa 2022-ci ildə qeyri-qanuni miqrantlardan qorunmaq üçün hündürlüyü 5,5 m və uzunluğu 186 km olan polad qəfəs bloklarından ibarət hasar çəkib. Hasarın tikinti dəyəri 278 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!