Müəllif:Ayşən İmanova/Banco.az
Son bir ildə Polşada milli iqtisadiyyatın avroya keçidinin tərəfdarlarının sayı 34,9%-dən 30,7%-ə qədər azalıb.
Banco.az xəbər verir ki, bu barədə , Polşa İqtisadi Azadlıq Fondu (FWG) məlumat yayıb.
Eyni zamanda, ortaq Avropa valyutasına qarşı çıxan polyakların sayı 12 ay ərzində 50,8%-dən 56,8%-ə yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2002-ci ildə Polşanın avroya keçidinin mümkünlüyü ilə bağlı ilk sorğunun nəticələrinə görə, respondentlərin 90%-i belə bir fikrin tərəfdarı olub.
Tədqiqatın müəllifləri hesab edirlər ki, keçidin tərəfdarlarının sayının azalması Avropayönlü siyasi birliklərin passivliyi ilə bağlı olub.
Xatırladaq ki, Polşa Avropa Birliyinə 2004-cü ildə üzv olub. Ölkədə rəsmi pul vahidi zloti olaraq qalır. Bu gün avronun məzənnəsi təxminən 4,3 zlotiyə bərabərdir.
Bizi sosial şəbəkələrdən izləyin!!