Polislər siğorta işinə cəlb olunacaqlar | Banco.az

Polislər siğorta işinə cəlb olunacaqlar

Naxçıvan Muxtar Respublikasında 17 mindən artıq avtomobil sığortalanıb. Bu barədə avqustun 26-da Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində Naxçıvanın Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə keçirilən tədbirdə bildirilib. Məlumata görə, tədbirdə muxtar respublikada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının aparılması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Toplantıda Dövlət Baş Sığorta Agentliyinin direktoru Hikmət Əsgərov bildirib ki, Naxçıvanda 17 mindən artıq avtomobil icbari sığorta olunsa da, hələ də avtomobilini icbari sığortalamayan sürücülər var. Onun sözlərinə görə, Dövlət Yol Polisi ilə əməkdaşlıq sayəsində həmin sürücülər də qanunvericiliyin tələblərinə uyğun olaraq icbari sığortaya cəlb olunacaqlar. Tədbirin sonunda sığorta işinin aparılmasında fərqlənmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin 15 əməkdaşına pul mükafatı verilib.

Ən sərfəli kredit üçün müraciət et

Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et