O, 2023-cü ildə buraxılacaq
2019-cu ilin sentyabrında yapon jurnalisti Zenji Nişikava (Zenji Nishikava) bildirib ki, PlayStation 5 ilə eyni vaxtda PlayStation 5 Pro oyun konsolu da anons ediləcək.
Bu məlumatı o, kompüter oyunları istehsalçılarının konfransı zamanı əldə edib. Ancaq indiyə qədər bu oyun konsolunun PlayStation 5 ilə eyni vaxtda təqdim ediləcəyinə dair heç bir dəlil yoxdur.
Sony Interactive Entertainmen-in icraçı vitse-prezidenti Masayasu İto (Masayasu Ito) Gameinformer-ə son müsahibəsində, Sony PlayStation 5 Pro-nun həqiqətən inkişaf mərhələsində olduğuna işarə edib.
Letsgodigital-ın resursunda Playstation 5 Pro-nun ilk renderi nəşr olunub.
Ehtimal ki, PlayStation 5 Pro, PlayStation 5-in boz korpusundan bir qədər fərqli olan qara korpus alacaq.
Mənbə hesab edir ki, PlayStation 5 Pro yalnız 2023-cü ildə buraxılacaq. Əgər belədirsə, onda istehsalçılara tədim olunmamışdan əvvəl onun dizaynı hələ çox dəyişə bilər.
Ted.az