Play Store-da tətbiqlərin yenilənməsində problem var | Banco.az

Play Store-da tətbiqlərin yenilənməsində problem var

Tamara Mustafayeva, Banco.az

Play Store-da baş verən bir xətaya görə, tətbiqlər təkrar-təkrar yenilənir.

Dünyanın ən böyük axtarış sistemi olan Google Android əməliyyat sistemi ilə milyonlarla ağıllı telefon istifadəçisinə xidmət göstərir. Bununla yanaşı, Play Store vasitəsilə saysız-hesabsız tətbiqin istifadəsini təmin edir. Google istifadəçilərə daha yaxşı xidmət göstərmək məqsədilə Android əməliyyat sisteminin onlayn tətbiq mağazası Play Store tətbiqini müntəzəm olaraq yeniləyir və bir sıra təhlükəsizlik tədbirləri görür.

Məlum olduğu kimi, Android tətbiqləri müəyyən vaxt aralıqları ilə istehsalçılar tərəfindən yenilənir. Bu yeniləmələr Play Store vasitəsilə istifadəçilərə çatdırılır. Hazırda isə sistemdə baş verən bir xəta tətbiqlərin təkrarən yenilənməsinə gətirib çıxarıb. Problemin mənbəyi hazırda bəlli olmasa da, əksər istifadəçilərdən məsələ ilə bağlı şikayətlər gəlməyə daxil olub.

Play Store Güncelleme Hatası

Belə ki, adətən istifadəçilər Play Store-da “Tətbiqlərim və Oyunlarım” bölməsinə daxil olduqları zaman yenilənməli tətbiqlərin siyahısı ilə qarşılaşırlar. Ancaq bu dəfə onlar bu tətbiqləri yeniləmək üçün “Yenilə” (Update) seçimini kliklədikləri zaman prosesin icra olunması başlasa da, əslində yenilənmə həyata keçirilməyib. Nəticədə eyni tətbiqlər yenidən yenilənmə siyahısında görünüb. İstifadəçilər prosesi dəfələrlə təkrarlasalar da, nəticənin dəyişmədiyini bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Google şirkəti isə sözügedən məsələ ilə bağlı hələ ki, heç bir açıqlama etməyib. Səlahiyyətlilərin qısa müddət ərzində bu problemi aradan qaldırmaq üçün addım atacağı gözlənilir.

Həmçinin oxu: Facebook ödənişli canlı yayımlara başlayır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et