Platinin qiyməti bu ilin ən aşağı həddinə çatıb | Banco.az

Platinin qiyməti bu ilin ən aşağı həddinə çatıb

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına əsasən, bu gün Azərbaycanda platinin bir unsiyasının qiyməti 1 661,0275 manat (977,075 ABŞ dolları) təşkil edib ki, bu da cari il ərzində qeydə alınmış ən aşağı göstəricidir.

AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, sonuncu dəfə platinin bundan aşağı dəyəri 2020-ci ilin 30 noyabr tarixində qeydə alınmışdı – 1 633,547 manat (960,91 dollar).

Qeyd edək ki, dünya bazarlarında platinin qiymətinin azalması COVID-19-un yeni "Delta" ştamının yayılması ilə bağlıdır. Bundan əlavə, çiplərin qıtlığı səbəbindən dünyada avtomobil istehsalının azalması platinə tələbi azaldaraq qiymətli metalın fevral ayından bəri 20% ucuzlaşmasına səbəb olub.

Hazırda NYMEX əmtəə birjasında platinin bir unsiyası 965-971 dollara ticarət olunur.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et