Plastik tullantılardan maraqlı layihə hazırlanıb | Banco.az

Plastik tullantılardan maraqlı layihə hazırlanıb

Liina Klauss Balidəki plastik çirklənməyə diqqət çəkmək üçün tullantı məlumatlarını rəngli tullantılarla vizuallaşdırdığı "Perpetual Plastic" adlı bir quraşdırma yaradıb.

Çimərlikdə həyata keçirilən layihə sahilin təmizlənməsi zamanı könüllülər tərəfindən toplanan 4760 zibildən ibarətdir. Lahiyənin məqsədi zibillə dolu çimərliyin xoşagəlməz görüntüləri yerinə yaradıcı hərəkətlə diqqət çəkməkdir. Klauss layihəni belə izah edir: “Elm bizə dünya haqqında yeni məlumatlar verir. İncəsənət bizə dünyanı necə gördüyümüzlə bağlı yeni perspektivlər təqdim edir. İkisini birləşdirmək isə çox böyük effekt verir”.

Çimərlikdə quraşdırmanın hazırlanması 12 saat çəkib. 36 saat orada saxlanaraq təkrar istifadə üçün sökülməsi isə 6 saata başa gəlib.

Ən sərfəli kredit üçün müraciət et

facemark.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et