Plastik kartlar: Həm ziyarət, həm ticarət | Banco.az

Plastik kartlar: Həm ziyarət, həm ticarət

Xaricə plastik kartla getməyin üstünlükləri

Ölkə xaricinə gedərkən, özünüzlə istədiyiniz məbləğdə pul götürməyin ən asan üsulu plastik kartdır. Nəzərə alsaq ki, getdiyimiz ölkələrin əksəriyyətində POS –Terminallar Azərbaycanda olduğundan daha çoxdur, plastik kartla ödəniş edərkən heç bir çətinliyimiz yaranmır.

Məlum məsələdir ki, devalvasiyadan sonra ölkə xaricinə getmək bizim üçün daha baha başa gəlir. Bu bir tərəfdən manat dollar, digər tərəfdən də manat avro çəkişməsi ilə bağlıdır.

Bu nüansı nəzərə alsaq, xaricə gedərkən pulu dollar və ya avro hesabı olan karta yerləşdirmək daha yaxşıdır, bu sizin həm də konvertasiya xərclərinə görə itkinizin qarşısını alacaq.  Pulun kart hesabına yerləşdirilməsi, həm də viza prosedurları üçün lazım olur.  Məlumdur ki, bir çox səfirliklər Sizdən kart hesabında olan müəyyən məbləğdə vəsaiti təsdiqləyəcək arayış və kart çıxarılışı istəyirlər. Bunun əsas səbəbi, sizin ölkə xaricində olduğunuz zaman gündəlik xərclərinizi qarşılaya biləcəyinizi sübut etməkdir.

Bəs hansı kart?

Bizim bazarı çox araşdırdıqdan sonra, belə qənaətə gəlmək olar ki, debet və depozit kartı olaraq, ən yaxşı seçimlərdən biri məhz Kartmane-dir (Rabitəbankın məhsuludur). Əslində bu kartı həm də yığım əmanətini əvəz edəcək vasitə kimi də istifadə etmək olar, eyni zamanda o, səfərə çıxarkən sizə layiqli yol yoldaşı da ola bilər.

  1.  İlk növbədə ona görə ki, Kartmene debet kartı olmaqla yanaşı, həm də depozit kartıdır. Əgər kartdakı vəsait xərclənmirsə, hesabda qalma müddətindən asılı olaraq, üzərinə faizlər hesablanır.
  2. Kartı həm AZN, həm də USD hesabla açmaq mümkündür və faizlər eynidir.
  3. Karta vəsait artırmaq üçün banka getməyə ehtiyac yoxdur. Bunu eManat terminalları ilə edə bilərsiniz.
  4. Həmçinin Kartdan-karta xidmətindən (Card-to-Card) istifadə etməklə hesabınızı 7 gün 24 saat ərzində banka gəlmədən Rabitəbankın və ya digər bankların bankomatlarından, eləcə də İnternet Bankçılıq xidmətinə qoşulmaqla İnternet vasitəsilə həyata keçirə bilərsiniz
  5. Öz vəsaitinizi Rabitəbank bankomatlarından çıxardıqda nağdlaşdırma faizi tutulmur, digər banklarda isə nağdlaşdırma 1,5%-dir.
  6. Kart özü isə pulsuzdur.

1-3 ay

3-6 ay

6-9 ay

9-12 ay

12-24 ay

3%

6%

9%

12%

14%

Ən sərfəli kredit üçün müraciət et

 

Yuxarı da qeyd etdik ki, xaricə gedərkən ilk qarşılaşacağınız xərclərdən biri viza proseduraları olacaq.  Vacibdir ki, biləsiniz ki, müxtəlif Banklarda səfirlik üçün verilən arayışların qiyməti fərqlidir (adətən 5-15 AZN arasında dəyişir). Qiymətlər ilə burada tanış ola bilərsiniz.  Rabitəbankda isə səfirlik üçün arayışa cəmi 2 AZN-dir, kartdan çıxarılış isə pulsuzdur. Sənədləri Azərbaycan və ingilis dillərində ala bilərsiniz.  

Plastik kartınızın faydasını hələ səfərə yollanmazdan öncə hiss edəcəksiniz. Belə ki, təyyarə biletlərini almaq, oteldə otaqları sifariş etmək, muzey və maraqlı abidələrə biletləri agentlikdən deyil, online almaq nisbətən ucuz başa gəlir.

Visa ilə dəstəklənən Kartmane vasitəsilə istədiyiniz ölkədə rahat alış-veriş imkanınız olur.  Həmçinin fövqəladə vəziyyətlərdə, Pos Terminal və ATM-lərdən də pul çıxara bilərsiniz. (əslində bunu tövsiyə etmirik, çünki hansı kartı istifadə etməyinizdən asılı olmayaq, xaricdə nağdlaşdırma sərfəli deyil).

Deməli xaricə gedərkən, üzərinizdə az miqdarda nağd pul və mütləq ödənişlər üçün debet kartı olması yaxşıdır. Amma məqsədiniz məhz alış-verişdirsə, onda yay festivallar zamanı taksit kartlardan da yararlana bilərsiniz.

Bu haqda isə növbəti yazımızda. 

Ən sərfəli krediti almaq üçün müraciət et