Planetin ən güclü bank brendi açıqlanıb | Banco.az

Planetin ən güclü bank brendi açıqlanıb

“Brand Finance” beynəlxalq reytinq agentliyi “Sber”i Avropanın ən güclü brendi (strongest brand in Europe) kimi tanıyıb.

Bank, Brend Gücü İndeksi (BSI) üzrə 100 mümkün baldan 92,3 bal toplayaraq və ən yüksək AAA+ reytinqini alaraq Avropada birinci yeri tutub.

Koronavirus pandemiyasına baxmayaraq, son bir ildə bank bu göstəricini 0,3 faiz artırıb.

Hesabatda bildirilir ki, bir il əvvəl brend gücü baxımından “Sber” Avropada “Ferrari”dən sonra ikinci yeri tutsa da, bu il şirkətlər yerlərini dəyişiblər.

Qlobal reytinqdə “Sber” planetin ən güclü bank brendi adını təsdiqləyib. Bütün brendlər arasında bank altıncı yeri tutub. “Sber” yalnız “WeChat”, “Coca-Cola”, “Google”, “YouTube” və “Naver”dən (Cənubi Koreyanın əsas axtarış saytı) sonra ikinci olub. 

“Brand Finance”-in məlumatına görə, “Sberbank” brendinin dəyəri 12,8 milyard dollar təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 36% çoxdur. Bu, bankın brend dəyərinə (Brand Value) görə mövqeyini yaxşılaşdırmağa və dünyanın ən bahalı brendləri reytinqində 156-cı yeri tutmağa imkan verib. Bir il əvvəl bank 181-ci yerdə idi.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et