Crypto Carbon Ratings Institute (CCRI) tədqiqatçıları planetin ən təhlükəsiz kriptovalyutasını açıqlayıblar. Bu, atmosferdə ən az karbon izi buraxan “Polkadot” blokçeyn protokoludur.
Bu barədə İnstitutun hesabatında bilidirilib.
CCRI kriptovalyutaların iqlimə təsirini öyrənir. Son araşdırmada institut komandası “Proof-of-Stake”də (PoS) işləyən altı blokçeyn protokolunun elektrik istehlakı və karbon izini müqayisə edib. Məlum oldu ki, bu altı blokçeyn protokolundan ildə ən aşağı ümumi elektrik istehlakına və ümumi karbon dioksid emissiyasına “Polkadot” malikdir.
Bəzi kriptovalyutaların blokçeynində əməliyyatların təsdiqi başqa protokola – “Proof-of-Work” (PoW) əsasında aparılır. Bu alqoritmlər “Bitcoin” blokçeyninin, yaxud məsələn, “Ethereum” valyutasının əsasını təşkil edir.
PoS-də blokçeynlər PoW-da “Bitcoin” şəbəkəsindən elektrik enerjisinin 0,001 faizindən azını istehlak edir. Buna görə də dünyanın ən böyük kriptovalyutası olan “Bitcoin” əslində, planeti çox çirkləndirir. Hətta “SpaceX”in rəhbəri və milyarder İlon Mask “Bitcoin”in enerji istehlakı ilə bağlı narahatlığını dilə gətirib.
Amerikalı alimlər də kriptovalyutaların planetə mənfi təsirindən narahatlıqlarını bildiriblər. Onlar müəyyən ediblər ki, rəqəmsal aktivlərin mayninqi bəzi ölkələrin istehlak etdiyindən daha çox enerji sərf edir.
oxu.az
Bizi sosial şəbəkələrdən izləyin!!