Müəllif: Mehin Qasımova/Banco.az
Hazırda paytaxtda istismar müddətini başa vurmuş binaların sayı üç mindən çoxdur.
Pilot layihə əsasında istismar müddəti bitən və yaxud qəzalı vəziyyətdə olan binaların sökülməsinə başlanıb. Köhnə binaları yeni, müasir tikililər əvəz edəcək. Əsas məsələ isə, həmin binada yaşayan sakinlərin köçürülməsi və onlara kompensasiya verilməsidir.
Bəs, həmin evlər sökülən zaman qiymətlər necə hesablanır?
Mövzuyla bağlı Banco.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, kompensasiya ödənişləri ilə bağlı qanunvericiliyin müəyyən tələbləri, normativ hüquqi sənədlər var:
“Təəssüf ki, uzun illər kompensasiya ödənişləri məsələsində müxtəlif ədalətsiz yanaşmalar olub. Bəzən eyni binada bir nəfərə yüsək məbləğ , digər sakinə az pul verilir. Bu da tərəflər arasında böyük narazılığa gətirib çıxarır. Əslində kompensasiya ödənişləri edən zaman ərazi üzrə qiymətləndirmə aparılmalıdır. Müstəqil qiymətləndirici cəlb edilməli, ərazi üzrə bazar dəyəri müəyyən olunmalıdır. Buna uyğun olaraq mənzil notarial qaydada mülkiyyətçidən alınmalıdır. Eyni zamanda, müafiq qanunvericiliyə uyğun olaraq kompensasiya məbləği müəyyən olunmalıdır".
Ekspertin sözlərinə görə, bəzən bazar dəyəri ilə kompensasiyanı qarışdırırlar:
”Kompensiyasiya yanlız mülkiyyətçinin mükiyyətində olan əmlakın alınmasına görə ödənilməli olan vasaitdir.Bunun həcmi ölkə başçısının fərmanı ilə "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunvericilikdə də öz əksini tapır.Yəni əmlakın dəyərinin 20 faizi həcmindədir”.
Ramil Osmanlı hesab edir ki, bəzən mülkiyyətçi öz evindən çıxmamaqda israr edir. Təbii ki, şəxs bu addımında haqlıdır:
“Qanunvericikdə qeyd edildiyi kimi, mülkiyyət toxunulmaz olduğuna görə tikinti şirkətləri mülkiyyətçinin istəyinə hörmətlə yanaşırlar. Əksər hallarda məhkəmə mübahisələri mövcud olur ki, bununla bağlı mülkiyyətçi ədalətsiz tələb irəli sürür. Tikinti şirkəti də müxtəlif vasitələrlə şəxsin əmlakını sökür və yaxud da əmlakı izolyasiya edir. Tikinti şirkətləri ətrafdakı əraziləri alır və kommunal təhcizat dayandırılır. Bu mənada hesab edirəm ki, istər dövlət tərəfindən,istərsə də şirkətlər tərəfindən əmlak alınan zaman ilk növbədə həmin ərazidə yaşayan insanlarla danışıq aparılmalı, qiymətləndirmə həyata keçirilməli, ədalətli bazar dəyəri öyrənilməlidir. Bundan sonra söküntü işlərinə başlamaq lazımdır.Təbii ki, sonradan əmlakından çıxmaq istəməyən vətəndaşı məhkəmə yolu ilə tikinti şirkəti əmlakdan çıxara bilər”.
Bizi sosial şəbəkələrdən izləyin!!