Pikassonun məşhur "Gernika" əsəri bu dəfə də şokoladdan hazırlandı | Banco.az

Pikassonun məşhur "Gernika" əsəri bu dəfə də şokoladdan hazırlandı

Tamara Mustafayeva, Banco.az

Tanınmış ispan rəssam Pablo Pikasso 1937-ci ildə güclü anti-faşist və anti-militarist düşüncələrini "Gernika" ("Guernica") adlı 11,5 x 25,5 ölçülü rəsm əsərinə köçürməklə müharibə dəşhətlərini sərt həndəsi fiqurlarla boz, qara və ağ tonlarda əks etdirib. Sözügedən portret o vaxtdan bəri müxtəlif formalarda yenidən yaradılmağa davam edib. İndi isə İspan şokolad ustaları əsərin bir nüsxəsini hazırlayıblar.

"Gernika" əsərinin həsr edildiyi 1937-ci ilin aprel ayında Gernika şəhərinin bombalanmasının 85-ci il dönümünü yad etmək üçün İspaniyanın Bask regionunda fəaliyyət göstərən şirniyat ustaları bu rəsm əsərinin tamamilə şokoladdan hazırlanan nüsxəsini təqdim ediblər.

Qeyd edək ki, əsərin hazırlanmasında təxminən 40 şirniyyat ustası iştirak edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et