Müəllif:Ayşən İmanova/Banco.az
Kapitallaşmaya görə ABŞ-nin ən böyük müstəqil neft emalı şirkətlərindən biri olan "Phillips 66" 2025-ci ilin sonunda Los-Ancelesdəki neft emalı zavodunu bağlayacağını elan edib.
Banco.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
Məlumata görə, bir əsrdən çoxdur fəaliyyət göstərən neft emalı zavodu Kaliforniyadakı bütün emal gücünün 8%-ni təşkil edir.
Bildirilib ki, zavodun bağlanması təxminən 600 şirkət işçisinə və obyektdə çalışan 300 podratçıya təsir edəcək.
Qeyd olunur ki, neft emalı zavodunun fəaliyyətini dayandırmaq qərarına bazardakı qeyri-müəyyənlik səbəb olub.
"Phillips 66" səhmləri cümə axşamı bazar öncəsi sessiyada 0,35% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 0,6% azalaraq 55,4 milyard dollar təşkil edib.