Müəllif: Tamara Mustafayeva, Banco.az
“Pfizer” şirkəti xərçəng xəstəliyinin müalicəsi üçün investisiya qoyuluşunu davam etdirir.
Banco.az xəbər verir ki, Amerikanın əczaçılıq şirkəti “Pfizer” xərçəng müalicəsi portfelini genişləndirmək üçün “Seagen” biotexnologiya şirkətini 43 milyard dollara satın alıb.
Alqı-satqı prosesinin hər iki şirkətin idarə heyəti tərəfindən təsdiqləndiyi vurğulanan açıqlamada “Seagen”in 2030-cu ildə “Pfizer”in gəlirlərinə 10 milyard dollardan çox fayda verəcəyi qeyd edilib.
Açıqlamada həmçinin “Pfizer”in 2022-ci ildə 12,1 milyard dollar gəlir gətirən, metastatik döş xərçəngi və prostat xərçəngi üçün ən çox satılan müalicələr də daxil olmaqla, təsdiqlənmiş 24 yenilikçi xərçəng dərmanı portfelinə sahib olduğuna diqqət çəkilməklə bildirilib ki, “Seagen” ilə əldə edilən sövdələşmə “Pfizer”in onkologiya sahəsində mövqelərini gücləndirəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!