"Pfizer" şirkəti 2023-cü ildə satışların azalacağını gözləyir | Banco.az

"Pfizer" şirkəti 2023-cü ildə satışların azalacağını gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Pfizer” 2023-cü ildə satışların 33 faizə qədər azalacağını gözləyir.

Banco.az xəbər verir ki, ABŞ-ın dərman istehsalçısı “Pfizer” şirkəti 2022-ci ilin dördüncü rübü üzrə balans hesabatını dərc edib.

Hesabatda şirkətin ötən ilin son rübündə gəlirinin 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 24,3 milyard dollara çatdığı bildirilib.

Qeyd olunub ki, “Pfizer” 2022-ci ilin yekununda ümumilikdə 100,3 milyard dollar gəlir əldə edib ki, bu rəqəm həm əvvəlki illə müqayisədə 23 faiz çoxdur, həm də şirkətin bu vaxta qədər əldə etdiyi ən iri həcmli gəlirdir.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il gəlir rekordu qırsa da, 2023-cü il gəlirlərinin illik müqayisədə 29-33 faiz arasında azalacağını gözləyən şirkət builki gəlir proqnozunun 67 milyard dollar ilə 71 milyard dollar arasında olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et