“Peugeot 308” markalı avtomobil Avropada ilin avtomobili adını qazanıb | Banco.az

“Peugeot 308” markalı avtomobil Avropada ilin avtomobili adını qazanıb

“Peugeot 308” markalı avtomobil Avropa üzrə “İlin avtomobili” müsabiqəsinin qalibi olub. Mükafat Cenevrə şəhərində yerləşən avtosalonda təqdim olunacaq. Bu model “Peugeot” markalı avtobillərin tarixində Avropa müqabiqəsinin qalibi olan artıq 4-cü modeldir. 2002-ci ildə bu ada “Peugeot 307”, 1988-ci ildə “Peugeot 405”, 1969-cu ildə isə “Peugeot 504” markalı avtomobillər layiq görülüb. 2014-cü ildə “Peugeot 308” markalı avtomobil Mercedes-Benz S-Class, Tesla Model S, BMW i3 və Jaguar F –Type kimi avtomobil modelləri ilə raqəbət aparmalı olub.

Ən sərfəli kredit üçün müraciət et

“Peugeot 308” markalı avtomobil münsiflər heyətinin 58 üzvünün iştirakı ilə keçirilən səsvermədə 307 xal toplayaraq BMW (223 xal)  və Tesla (216 xal) avtomobillərini geridə qoyub. Sözügedən müsabiqədə münsiflər yeni texnologiyaları deyil, avtomobilin sadəliyini və utilitarlığını yüksək qiymətləndirirlər. Keçən il müsabiqənin qalibi “Volkswagen Golf” avtomobili olub.

Sevinc Ibadova|Banco.az