Tamara Mustafayeva, Banco.az
Son dövlərdə tanınmış markaların loqolarını yeniləməsinə tez-tez şahid oluruq. İndi də avtomobil nəhənglərindən biri olan Peugeot loqosunu yenilədiyini elan edib.
Təsis edildiyi ilk vaxtlardan bəri loqosunda şir simvolu olan Fransanın tanınmış avtomobil şirkəti zaman-zaman müəyyən dəyişikliklərə müraciət etsə də, sözügedən şir simvolunu əsla dəyişdirməyib. Dünən yeni loqosunu təqdim edən Peugeot yenə də şir simvoluna sadiq qalsa da, dizaynında bəzi yeniliklər edib.
Şirkətin qlobal dizayn studiyası Peugeot Design Lab tərəfindən hazırlanan loqo, əslində 1960-cı illərdəki loqosu ilə oxşardır.
Şirkətin loqosunda dəyişiklik etməsinin əsas səbəbi isə İtaliyalı Ford şirkəti ilə birlikdə Stellantis adlı yeni avtomobil şirkəti yaratmasından sonra hazırkı imicindən uzaqlaşaraq daha yüksək səviyyəli şirkət imici formalaşdırmaqdır. Odur ki, ənənəvi "Peugeot Şiri" kimi tanınan loqonun yenilənmədən sonra daha eleqant olduğunu görürük. Həmçinin loqoda əks olunan Peugeot yazısında da olduqca sadə yazı stilindən istifadə edilib. Qısası, Peugeot şirkəti də hazırda çox məşhur olan və markaların da tez-tez müraciət etdiyi "Flat Design" (Hamar Dizayn") adlı dizayn nümunəsinə müraciət edib.
Bizi sosial şəbəkələrdən izləyin!!