"PetroChina" dünyanın ən böyük itkisi ilə üzləşib | Banco.az

"PetroChina" dünyanın ən böyük itkisi ilə üzləşib

Çinin ən böyük neft və qaz hasailatçısı olan "PetroChina" şirkəti tarixində ən böyük çətinliklə üzləşib. 

"USA Today" qəzetinə istinadən xəbər verilir ki, şirkətin kapitallaşması son 10 ildə 5 dəfə azalaraq 1 trln. dollardan 200 mlrd. dollara düşüb.

2007-ci ildə özəlləşdirilərək səhmləri fond birjasına çıxarılan "PetroChina"nın bazar dəyəri 1 trln. dollara yüksələrək dünyada ilk dəfə bu qiymətə çatan şirkət olub. Son 10 ildə isə şirkətin səhmlərinin qiyməti 82% azalıb və səhm sahibləri 800 mln. dollar itiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "PetroChina" özəlləşdiriləndə neftin qiyməti 68 dollar/barel təşkil edib. Hazırda isə neft 62 dollar/barelə satılır. "PetroChina"da yaşanan çöküş şirkət olaraq dünyanın ən böyük itkisi kimi qiymətləndirilir.

Mənbə: Report.az