Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən hazırlanmış Peşəkar Sığortaçı Sertifikasiya (PSS) proqramı üzrə ilk imtahanın (Sığorta İşinin Prinsipləri) keçirilməsi 20 dekabr 2015-ci il tarixinə təyin edilib.
İmtahan 3 imtahan mərkəzində eyni vaxtda və müddətdə keçiriləcək.
Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a daxil olan məlumata görə, İmtahan üçün qeydiyyat ARPA veb-səhifəsi vasitəsilə bilavasitə namizədlər tərəfindən fərdi şəkildə həyata keçirilməlidir. Qeydiyyat prosesi 7 – 18 dekabr 2015-ci il tarixləri ərzində baş tutacaqdır.
ARPA-nın rəsmi veb səhifəsinə (http://arpa.org.az/pss-sertifikasiyasi/) müraciət etməklə imtahan proqramı, qaydaları, qiyməti və tarixləri haqqında ətraflı məlumat əldə etmək olar.