“Peşəkar Mühasib” təlim kursunun dərslərinə start verildi! | Banco.az

“Peşəkar Mühasib” təlim kursunun dərslərinə start verildi!

10 aprel 2021-ci il tarixində Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən əyani formada təşkil olunan "Peşəkar Mühasib" (Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları-KOS MHBS) təlim kursunun dərslərinə start verildi.

Təlimçi Elsevər İbadov tərəfindən tədris olunan təlim kursunun əsas məqsədi mühasibləri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikasiyası” imtahanına hazırlamaqdır.

Qeyd edək ki, təlim kursu DİM tərəfindən elan olunan Peşəkar Mühasib təlim kursunun imtahan proqramına əsasən keçirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et