Pərviz Şahbazov: “Azərbaycan enerji dialoquna töhfə verməyə hazırdır” | Banco.az

Pərviz Şahbazov: “Azərbaycan enerji dialoquna töhfə verməyə hazırdır”

""OPEC plus” ölkəsi və Avropanın strateji enerji təchizatçısı olan Azərbaycan enerji dialoquna töhfə verməyə hazırdır".

Bunu energetika naziri Pərviz Şahbazov tviterdə bildirib.

“OPEC seminarında dayanıqlı enerji təhlükəsizliyi və ədalətli enerji keçidi üçün diversifikasiyanın və apstrimə investisiyaların zəruriliyindən danışdıq”, - deyə, nazir bildirib.

Xatırladaq ki, energetika naziri Pərviz Şahbazov bu gündən başlayaraq 2 gün ərzində Avstriyanın paytaxtı Vyanada keçiriləcək 8-ci OPEC beynəlxalq seminarında iştirak edir. Seminar “Dayanıqlı və inklüziv enerji keçidinə doğru” mövzusundadır.

Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et