Pərviz Şahbazov Azərbaycan-Aİ enerji dialoqunda iştirak edəcək | Banco.az

Pərviz Şahbazov Azərbaycan-Aİ enerji dialoqunda iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonun dəvəti ilə Belçika Krallığına səfər edib.

Nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 2-də paytaxt Brüssel şəhərində keçiriləcək Azərbaycan - Avropa İttifaqı yüksək səviyyəli enerji dialoqunun növbəti görüşündə iştirak edəcək.

    Görüş çərçivəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpa olunan enerji, enerji səmərəliliyi sahələri üzrə əməkdaşlıq məsələləri, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun icra vəziyyətinə dair müzakirələrin aparılması nəzərdə tutulur.

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Ən sərfəli kredit üçün müraciət et

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et