"PepsiCo" şirkəti də işçilərini ixtisar edəcək | Banco.az

"PepsiCo" şirkəti də işçilərini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“PepsiCo” şirkəti Şimali Amerikada yüzlərlə işçisini işdən çıxarır.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli qida və içki nəhəngi “PepsiCo” Şimali Amerikadakı qəlyanaltı və içki bölmələrində çalışan yüzlərlə işçini işdən çıxarmaq qərarına gəlib.

Baş ofisi Nyu-Yorkda yerləşən şirkət işçilərin ixtisarını “təşkilati sadələşdirmə” kimi qiymətləndirib.

Çips, qazlı içkilər və səhər yeməyi taxılları istehsal edən “PepsiCo” konfet, qarğıdalı və kartof kimi məhsullara çəkilən xərclərin artması səbəbindən bu məhsulların qiymətini qaldırsa da, müştəri tələbatının hələ də güclü olduğunu deyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et