Pepsi “Zaman tuneli” yaratdı | Banco.az

Pepsi “Zaman tuneli” yaratdı

Spirtsiz içki brendi olan Pepsi Max və AMV BBDO agentliyi qeyri ənənəvi reklam proyektləri ilə Britaniya sakinlər vahiməyə salmaqda davam edirlər. Time tunnel" ("Zaman tuneli") adlanan yeni layihə proyektin qeyri ixtiyarı iştirakçısına çevrilən sakinləri sözün əsl mənasında keçmişə və gələcəyə aparır.

Layihənin gerçəkləməsi üçün proyektin yaradıcıları vizual spesifik effektlər yaradan xüsusi avadanlıqlardan istifadə etmişlər, layihə Londonun piyadalar üçün nəzərdə tutulan keçidlərindən birində gerçəkləşib. Tunelin qarşısından keçən sakinlərin gözləri özündə inanılmaz bir səhnə canlanır – milyon illər əvvələ aid dinozavrlar və ya gələcək qalaktikalar arası müharibələrdən  səhnələr və s.

Ən sərfəli kredit üçün müraciət et

Bu, Londonda bu tipdə keçirilmiş Pepsi Max  tərəfindən hazırlanmış heç də ilk aksiya deyil: cari ilin mart ayında şirkət oxşar qurğuları şəhərin dayanacaqlarında quraşdırmışdı.