Pepsi reklamında nüvə reaksiyası | Banco.az

Pepsi reklamında nüvə reaksiyası

Kreatorlar maraqlı elmi təcrübə həyata keçirib

Agentliyin kreativ komandası Pepsi Max (PepsiCo kompaniyasına məxsusdur) spirtsiz içkisinin brend reklamının video çəkilişi zamanı əsl elmi təcrübə həyata keçirib.  Söhbət nüvə təzyiqinin əsas prinsiplərini nümayiş etdirən eksperimentdən gedir.

Belə mürəkkəb prossesi nümayiş etdirmək üçün, kreatorlara  1650 siçan tələsi və 1840 pinq-ponq topu lazım olub. Üzərilərində toplar olan siçan tələləri 42 nəfərdən ibarət komanda tərəfindən 5 saat ərzində quraşdırılıb. Kreatorlar qeyd edirlər ki, tələlərin quraşdırılması prosesi kifayət qədər gərgin keçib  çünki istənilən bir yanlış hərəkət bütün sistemi sıradan çıxarda bilərdi.

 

Ən sərfəli kredit üçün müraciət et

Kreativ reklam dünyasında “zəncirvari reaksiya” fəndindən istifadəyə elə də çox rast gəlinmir. Amma yenə də bir neçə diqqətə layiq nümunəni qeyd etmək istərdik. Məsələn energetik içki olan Red Bull, Honda avtomobil brendi üçün W+K-nin Britaniya bölməsinin roliki, həmçinin Canon Selphy brendi üçün Leo Burnett-in Avstraliya bölməsinin işləri bu baxımdan xüsusi diqqətə layiqdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et