Pentaqon Ukraynaya 1,7 milyard dollarlıq iki silah paketi elan edib | Banco.az

Pentaqon Ukraynaya 1,7 milyard dollarlıq iki silah paketi elan edib

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Müdafiə Nazirliyi Ukrayna üçün ümumi dəyəri 1,7 milyard dollar olan iki silah paketi hazırlayıb.

Banco.az xəbər verir ki, bu barədə Pentaqonun yazılı açıqlamasında deyilir.

200 milyon dollar dəyərində olan birinci paketə raket əleyhinə müdafiə vasitələri, raket sistemləri və artilleriya üçün mərmilər, Amerika arsenallarından tank əleyhinə silahlar daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Hava hücumundan müdafiə avadanlıqları ilə birlikdə 1,5 milyard dollarlıq ikinci paket isə Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində verilir. Bu halda ABŞ Müdafiə Nazirliyi silah və avadanlıqları birbaşa öz ehtiyatlarından vermir, büdcə ayırmaları hesabına istehsalçılarla müqavilələr bağlayır.

Qeyd edək ki, Co Bayden prezidentliyə başlayandan bəri Birləşmiş Ştatlar Ukraynaya 56,1 milyard dollardan çox, o cümlədən 2022-ci ilin fevralından bu yana 55,4 milyard dollardan çox hərbi vəsait ayırıb.

Ən sərfəli krediti almaq üçün müraciət et