Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Müdafiə Nazirliyi pilotsuz uçuş aparatının (PUA) modifikasiyası proqramını həyata keçirmək üçün "General Atomics" ilə 500 milyon dollarlıq müqavilə imzalayıb.
Banco.az xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.
Bildirilir ki, müqavilə uzadılmış uçuş məsafəsinə malik taktiki orta hündürlükdə olan MQ-9 və MQ-1C kimi PUA-ların modifikasiyası ilə bağlı proqramı əhatə edəcək.
Müqavilə üzrə işlərin 2029-cu il avqustun ortalarına qədər başa çatdırılacağı gözlənilir.
Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi bir neçə şirkətlə Hərbi Hava Qüvvələrinin infrastrukturunun modernləşdirilməsi üçün müqavilə imzalayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!