Pentaqon “Boeing” ilə 6,9 milyard dollarlıq müqavilə imzalayıb | Banco.az

Pentaqon “Boeing” ilə 6,9 milyard dollarlıq müqavilə imzalayıb

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Müdafiə Nazirliyi kiçik diametrli bombaların istehsalı üçün “Boeing” ilə 6,9 milyard dollarlıq müqavilə imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, müqavilə kiçik diametrli bombaların istehsalı və təchizatını nəzərdə tutur. İşlər Missuri ştatının Sent-Luis şəhərində aparılacaq və 2035-ci il dekabrın 31-də başa çatdırılması planlaşdırılır. Müqaviləyə Yaponiya, Bolqarıstan və Ukraynaya xarici hərbi satışlar daxildir.

Xatırladaq ki, may ayında “Boeing” təxminən 7,5 milyard dollar dəyərində bombaların tədarükü üçün ABŞ Hərbi Hava Qüvvələri ilə müqavilə imzalamışdı.

Ən sərfəli krediti almaq üçün müraciət et