Pensiyaların verilməsi üçün dövlət əmlakı satılacaq | Banco.az

Pensiyaların verilməsi üçün dövlət əmlakı satılacaq

Ukraynada təqaüdləri ödəmək üçün dövlətə məxsus obyektlər satışa çıxarılacaq.

İqamətgahlar, sanatoriya, mülk və torpaq sahələri hərraca çıxarılacaq. Əldə edilən gəlirlər sosial ödənişlərə sərf ediləcək. 

Nazirlər Kabineti ilk gündən büdcədəki vəziyyətin ürəkaçan olmadığıni demişdi. Belə ki, yeni vergilər, yüksəlmiş tariflər kimi islahatlar olacağı barədə xəbərdarlıq edilmişdi. Büdcə kəsiri olacaq. Baş nazir Arseni Yatsenyukun sözlərinə görə, büdcənin gəlir hissəsi təxminən 80 milyard qriven (təqribən 20 faiz) azalacaq. 

Bundan başqa, Nazirlər Kabineti bütün dövlət məmurlarına formalı geyimlər, avtomobil, yeni mobil telefonlar, komputerlər almağı qadağan edib. Kabinetlərin təmiri, çarter reyslər, mobil telefonlarda rouminq xidməti də olmayacaq və dövlət aparatının saxlanma xərcləri də azaldılacaq. Güzəştlərin böyük qismindən də imtina edilməsi, ştat işçilərinin sayının azaldılması nəzərdə tutulur. Nazirliyin məlumatına görə, işçilərin 40 faizi işdən azad ediləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Artıq maaşlarda azalma edilib. Belə ki, bir necə ay öncə 3-4 min qriven maaş alan nazirlik işçiləri indi 1200 qriven alırlar. 
Ukrayna prezidenti vəzifələrini icra edən Aleksandr Turçinov daha sərt addımlar atmaq qərarına gəlib. Hərraca çıxarılanların gəlirləri ilə büdcə kəsiyini qapatmağa kömək edəcək. 
Məmurlara mülklərin siyahısını hazırlamaq, Nazirlər Kabineti və Əmlak Fonduna isə şəffaf hərrac keçirmək tapşırılıb. 

Satışa çıxarılan mülklər arasında Ukraynanın səlahiyyətləri əlindən alınan prezidenti Viktor Yanukoviçin yaşadığı, o, Rusiyaya qaçandan sonra mətbuat nümayəndələrinin üzünə açılan "Mejiqoriya" iqamətgahının da olacağı bildirilir.

Mənbə: milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et