"Dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamı pensiyaların sığorta hissəsinin inflyasiya tərəfindən yeyilməməsi üçün verilib".
Bunu ANS PRESS-ə açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib.
O bildirib ki, bu qərar, nəticə etibarı ilə pensiyaların sığorta hissəsinin real olmasına gətirib çıxaracaq:
"Pensiyaların baza hissəsi dövlət tərəfindən müəyyən olunur. Artım isə pensiyanın sığorta hissəsinə şamil olunacaq. Yəni, vətəndaş aldığı pensiyanın sığorta hissəsindən asılı olaraq bu artımı müşahidə edə biləcək".
Belə ki, pensiyanın baza hissəsi 100 manat olaraq müəyyən edildiyi üçün həmin məbləğ sizin pensiyadan çıxılır və artım yerdə qalan vəsaitə şamil olunur. Yəni, 150 manatlıq pensiyadan 100 manat çıxılır və yerdə qalan 50 manata 1,4% artım tətbiq olunur. Nəticədə pensiyaların sığorta hissəsi 70 qəpik artır.