Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“2024-cü il üçün pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir”.
Banco.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.
Sədr bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək:
“Mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının tapşırığında bu istiqamətdə mesaj var. Minimum pensiyanın bu il də artırılacağı gözlənilir”.
Qeyd edək ki, 2023-cü ildə 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilmə aparılmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!